Türkiyə iki yunan əsgərini ən qısa vaxtda sərbəst buraxmalıdır. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan müdafiə naziri Vigen Sərkisyan çıxış edib.
Problemlər içində çabalamağına baxmayaraq, rəsmi İrəvan Afinaya "dəstək olmaq" qərarı verib. Məsələ ilə bağlı V. Sərkisyan yunan həmkarına söyləyib: "Yunan əsgərlərinin Pasxa bayramı ərəfəsində sərbəst buraxılmalı olduğu barədə cənab Kammenosa bildirdim".
Qeyd edək ki, Türkiyə sərhədini Ədirnə istiqamətində pozan iki yunan əsgəri türk hərbçiləri tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB