VI Qlobal Bakı Forumu bu gün də davam edir

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu bu gün də davam edir. SİA-nın verdiyi məlumata görə, “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusu ətrafında çıxışlar gedir.

Yaxın Şərqdəki regional dəyişiklik necə izah edilə bilər və hansı yolla körpü rolunu oynaya bilər? Yaxın Şərqdə stabillik və sülh üçün şərait yaratmaq məqsədilə qlobal sülhə yol aça bilən və qlobal siyasətin balansını dəyişmək üçün hansı boşluqların aradan qaldırılmasına ehtiyac var?

Moderator Ərəb Dövlətləri Liqasının Baş katibi (2001-2011), Misir Ərəb Respublikasının Xarici işlər naziri (1991-2001) Əmir Musadır.

Əsas spiker BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd bin Raad Əl-Hüseyndir.

Panelin digər spikerləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Yunanıstan Respublikasının Xarici işlər naziri (2006-2009) Dora Bakoyannis, Livanın Baş naziri (2005-2009) Fuad Siniora, Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiya Federasiyasının Baş nazirinin birinci müavini (1991-1992), Dövlət katibi Gennadi Burbulis, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi (2004-2014) Əkmələddin Ehsanoğludur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə