Son bir ildə erməni gəncləri arasında dəlilik hallarının sayı 20 faiz artıb

Son bir ildə erməni gəncləri arasında dəlilik hallarının sayı 20 faiz artıb

Ermənistanda gənclərlə bağlı vəziyyət kifayət qədər ağırlaşmağa başlayır. SİA-nın erməni mətbuatında yazılan xəbərlərə istinadən apardığı araşdırmaya görə, bir tərəfdən iqtisadi böhranın bataqlığında çabalayan ölkə, digər tərəfdən də erməni gənclərinin dəlilik və ağır xəstəliklərə tutulmasının sayının artması, yerli ekspertləri narahat etməkdə davam edir.

 

Ekspertlərin rəyinə görə, İrəvanda dəli və hipertoniyalı erməni gənclərinin sayı artmaqda davam edir. Belə ki, İrəvanda toplantı keçirən erməni həkim və psixoloqları artıq vəziyyətin dözülməz şəkil aldığını bəyan ediblər. Onlar bildiriblər ki, sosial-iqtisadi problemlərin içində boğulan erməni gənclərinin bir qismi dəlilik həddinə çatıb və psixoloji problemlər içində boğulurlar. Onların sözlərinə görə, bununla yanaşı erməni gəncləri arasında son bir ildə dəlilik əlamətlərinin artması halları ötən ilə nisbətdə 20 faiz artıb. Ancaq həkimlər problemin təkcə bununla bitmədiyini də deyirlər. Belə ki, son illər Ermənistanda hipertoniya (qan təzyiqi) xəstələrinin sayı durmadan artır.

 

Tibb Mərkəzinin rəhbəri Marina Orduyan bununla bağlı deyib ki, 2008-ci ildə hipertoniyalı xəstələrin ümumi sayı 20903 nəfər təşkil etdiyi halda, 2009-cu ildə bu rəqəm sürətlə artaraq, 50 minə yaxınlaşıb. Bu il üçün isə rəqəmlər daha dəhşətlidir. Onun sözlərinə görə, qan təzyiqindən əziyyət çəkən ermənilərin sayı 2010-cu ildə 50 mini keçəcək. M.Orduyan həmçinin onu da deyib ki, belə xəstələr sırasında son illər gənclərin üstünlük təşkil etməsi təhlükəli məqamlardan xəbər verir. O, hesab edir ki, qan təzyiqi xəstələrinin sayının artması birbaşa sosial-iqtisadi problemlərlə bağlıdır.

 

Nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Ermənilərin ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri, ölüm halları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq ölkənin içində baş qaldırmış ciddi narazılıq isə hökumət üçün başağrısına çevrilib. Hətta xeyli sayda erməni Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq Topal Seyrandan hesabat istəyiblər. Vəziyyətin belə ağırlaşdığını görən Sarkisyan hökuməti yaxın QHT və təşkilatların əliylə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm hallarının gizlədilməsi və rəqəmlərin kiçildilməsini istəsədə erməni mətbuatı hökumətin yalanını çıxaracaq faktları ortalığa qoyduqdan sonra rəsmi qurumlar susmağa məcbur olublar.

 

Qəzetlərin yaydığı məlumatlarda isə vurğulanır ki, təkcə bu ilin ilk 9 ayı ərzində Ermənistan ordusunda intihar edən əsgərlərin sayı 80 nəfəri ötüb. Onların bildirdiyinə görə, əsgərlərin intihara baş vurmasının başlıca səbəbi orduda "Dedovşina" məsələsinin olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə