Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Rusiyaya səfər edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediləcək. Çavuşoğlu həmçinin Moskvada keçirilən turizm sərgisinə qatılacaq.
Martın 14-də M.Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə