Afrikada su içmək istəyən bir fil balası az qala timsahın yemi olacaqdı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, suda olan timsahlardan biri fil balasının xortumunu tutaraq onu suya çəkməyə çalışıb. Fil balasının qışqırıq səslərini eşidən digər fillər hadisə yerinə gələrək timsahı dövrəyə alıb. Özünü fillərin əhatəsində tək görən timsah fil balasının xortumunu ağzından buraxmağa məcbur olub.
Timsahın geri çəkilməsindən sonra fillər bala filin yanında bir müddət dayanaraq təhlükənin ötüşdüyünə əmin olmaq istəyiblər. Daha sonra fillər ərazidən uzaqlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB