Ermənistan Həştərxan anlaşmasını yerinə yetirməyə hazır olduğunu bildirib

Ermənistan Həştərxan anlaşmasını yerinə yetirməyə hazır olduğunu bildirib

Ermənistan Həştərxan anlaşmasını yerinə yetirməyə hazırdır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin erməni ofisinin mətbuat xidmətinin rəhbəri Aşot Astabatyan bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanda 2 azərbaycanlı hərbi əsir və 1 mülki şəxs, Azərbaycanda isə 6 erməni hərbi əsir və 5 nəfərdən ibarət bir ailə var. O cümlədən hər iki tərəfdə üç meyit var.

 

A. Astabatyanın sözlərinə görə, tərəflərin vaxtı və məkanı təyin edəcəyi təqdirdə komitə öz statusundan istifadə edərək prosesi həyata keçirəcək. Proses isə hələ ki, başlanğıc mərhələdədir və erməni tərəfi bəyanatın yerinə yetirilməsi üçün əlindən gələni edəcək: "Təmsil etdiyimiz qurum Ermənistan və Azərbaycana hərbi əsir, girov və meyitlərin qaytarılmasında vasitəçilik etməyə hazırdır. Bununla bağlı komitəyə rəsmi müraciət daxil olduqda dərhal əməliyyata başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə