Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib. SİA-nın Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Abdullah Gülü ad günü və eləcə də Türkiyənin milli bayramı- Respublika Günü münasibətilə təbrik etmiş, ona cansağlığı, fəaliyyətində uğurlar, Türkiyə xalqına firavanlıq və əmin-amanlıq arzulayıb.
Türkiyə Prezidenti təbriklərə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, xalqımıza ən xoş arzularını çatdırıb.
Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB