ABŞ dövlət katibi Afrika ölkələrinə səfər edəcək

ABŞ dövlət katibi Reks Tillerson Afrika ölkələrinə səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert deyib.

Onun sözlərinə görə, səfər Çad, Cibuti, Efiopiya, Keniya və Nigeriyanı əhatə edəcək.

Səfər zamanı aparılacaq danışıqlarda terrorizmlə mübarizə, təhlükəsizliyin təmin edilməsi, ticarət və investisiyalara dair məsələlər müzakirə ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə