AVCİYA rəsmisi: “MSK öz işini yüksək səviyyədə həyata keçirir” MÜNASİBƏT
“Ümumiyyətlə, Azərbaycanda referendum seçkilərindən sonra gözləyirdik ki, prezident seçkiləri növbədənkənar keçirilsin. Bizim strukturlar da buna hazır idi. Ona görə də bizdə elə bir problem olmadı. Amma mənə elə gəlir ki, seçki prosesi ilə ciddi məşğul olan qurumlar kimi heç biri ilə problem olmayacaq”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri vaxtında elan olundu: “Hətta namizədlərin imzatoplaması, təklifləri üçün də qanunauyğun normal vaxt vardır. Bu mənada hesab edirəm ki, seçki mühiti tam bir demokratik mühitdən xəbər verir. Normal seçkilərin keçirilməsi üçün elə bir ciddi problemlər yoxdur. Mərkəzi Seçki Komissiyasının (MSK) monitorinqini aparırıq. MSK öz işini yüksək səviyyədə həyata keçirir”.
M.Zülfüqarlı bəzi beynəlxalq təşkilatların seçkilərə kölgə salmaq işinə də münasibət bildirərək deyib ki, bununla bağlı təşkil olunan seminarlarda dəfələrlə çıxışlar olunub: “Biz seçki prosesi ilə bağlı rayonlarda seminarlar keçiririk. Artıq Azərbaycanın 12 rayonunda seminar keçirmişik. Həmin seminarlarda da deyirəm ki, prezident seçkiləri digər seçkilərdən fərqlənir. Bu seçkilər ciddi siyasi hadisədir. Təbii ki, burada da ciddi siyasi qüvvələr mübarizə aparır. Yəni ən azı namizədin heç olmasa 5 min məntəqədə müşahidəçisi olmalıdır. Eləcə də seçki təşviqatını təşkil etmək üçün xeyli vəsaiti, qüvvəsi lazımdır. Yəni beynəlxalq təcrübədə var ki, seçkidə iştirak edən namizədin üç resursu olmalıdır. Maddi, insan resursu və vaxt resursu. Bəzi qüvvələrin isə seçkidə iştirak etməməsi, seçkiləri boykot etməsi tamamilə qeyri-ciddi yanaşmadır. Yəni boykota gedən təşkilatın ən azı 5 min müşahidəçisi olmalıdır. Bu cür gücü olmayan qüvvələrin bəyanatları ciddi qəbul olunmur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB