Elmar Məmmədyarov: "Əməkdaşlığı davam etdirəcəyik"

Elmar Məmmədyarov: "Əməkdaşlığı davam etdirəcəyik"

"Azərbaycan və Mərakeş bir sıra əsas sahələrdə əməkdaşlığı davam etdirəcəklər". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: "Biz kənd təsərrüfatı, energetika sahələrində əməkdaşlığı, həmçinin ölkələrimizin özəl sektorlarının nümayəndələri arasında əməkdaşlığın zəruriliyini müzakirə etdik".

Nazir vurğulayıb ki, Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində bir-birinə böyük dəstək verir.

Qeyd edək ki, Azərbaycanla Mərakeş Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin dekabrında qurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə