Milli Məclisin deputatları MDB PA-nın iclasında çıxış ediblər

Milli Məclisin deputatları MDB PA-nın iclasında çıxış ediblər

Bu gün Rusiya Federasiyasının Sank-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının “Mədəniyyət, İnformasiya, Turizim və İdman” üzrə daimi komissiyanın iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, daimi komissiyanın iclasında “İdman dopinqindən istifadəyə qarşı mübarizə”, Məktəb idmanı” və digər model qanunların hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə daimi komissiyanın üzvü milli məclisin deputatı Rauf Əliyev və Elmira Axundova “İdman dopinqindən istifadəyə qarşı mübarizə”, Məktəb idmanı” model qanunların hazırlanması ilə bağlı çıxış edərək, digər məsələlər barədə öz fikirlərini bildirib və təkliflər irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə