MSK sədri: "Ən yaşlı seçicinin 124 yaşı var"

MSK sədri: "Ən yaşlı seçicinin 124 yaşı var"

"Diplomatik nümayəndəliklərdə qeydiyyatda olanlar da daxil olmaqla Azərbaycanda 5 milyon 309 min 434 seçici var". SİA-nın verdiyi məlumata görə, bunu MSK-nın bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, seçilərin 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir: “Ən yaşlı qadın seçici 94 saylı Bərdə seçki dairəsinin 30 məntəqənin seçicisi 1894-cü il təvəllüdlü Allahveridiyeva Səmərqənd qızıdır. Ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar dairə seçki komissiyasının 23 saylı məntəqəsininin seçicisi Qurbanov Səttar Həsəm oğludur”.

MSK sədri qeyd edib ki, ölkədə 337870 nəfər qaçqın və məcburi köçkün seçici var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə