MSK rəsmisi “Azərbaycan dövlətinin mahiyyətində şəffaflıq var” MÜSAHİBƏ - SƏS TV
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin SİA-ya müsahibəsi:
- Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkilərinə hazırlıqla bağlı vəziyyət necədir?
- Bildiyiniz kimi, ölkəmiz mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası (MSK) həm seçki qanunvericiliyinə nəzərdə tutulmuş şəkildə, həm də MSK tərəfindən qəbul olunmuş Təqvim Planına uyğun olaraq silsilə şəklində ardıcıl və keyfiyyətlə tədbirləri həyata keçirir. Bu sırayahəm MSK tərəfindən müxtəlif səpkili geniş miqyaslı maarifləndirmə tədbirlərinin keçirilməsi daxildir. Eyni zamanda aşağı seçki komissiyalarının monitorinqi və bu sahədə onların maddi-texniki təchizatının gücləndirilməsi, seçki gününə tam hazır vəziyyətə gətirilməsi üzərində kifayət qədər gərgin iş gedir. Demək olarki seçki gününədək bütün seçki məntəqələrimiz tam hazır vəziyyətə gətirilmiş olacaq.
Bundan başqa MSK-nın hazırda fəaliyyət istiqamətlərində aşkarlığın daha yüksək səviyyədə təşkil olunması üçün yerli və xarici müşahidəçilərlə bağlı müxtəlif səpkidə əlaqələrin genişləndirilməsi və addımların atılması xüsusi önəmə malikdir. Bildiyiniz kimi bura həm yerli müşahidəçilərin MSK tərəfindən akkreditasiyadan keçməsi, eyni zamanda Dairə Seçki Komissiyalarına (DSK) müraciət edən müşahidəçi hüququ əldə etmək istəyən şəxslərin o hüququnun reallaşdırılması ilə bağlı aidiyyatı addımların atılması, həmçinin beynəlxalq müşahidəçilərlə bağlı aidiyyatı beynəlxalq qurumlarla MSK-nın öz səlahiyyətləri çərçivəsində əlaqələrin yaradılması daxildir.
Qeyd etmək istəyirəm ki, MSK əvvəlki seçkilərdə əldə etdiyi təcrübəyə müvafiq olaraq bu il də təbii ki, aşkarlığın yüksək səviyyədə təmin olunmasını göz önündə tutacaq və əsas diqqəti bu sahəyə yönəldəcək. Hazırda seçki marafonunun ən mühüm mərhələlərindən olan namizədlərin qeydə alınması mərhələsindəyik. Hal-hazırda MSK-ya 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunub. İlk olaraq İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi MSK tərəfindən qeydə alınıb. Bundan başqa namizədliyi öz təşəbbüsü ilə sürülmüş Zahir Orucun imza vərəqələri və digər sənədləri MSK-ya təqdim olunub. Hansı ki bu sənədlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 7 gün ərzində baxılıb MSK tərəfindən aidiyyatı qərar veriləcək.
- Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi hər il may ayınadək başa çatır. Bu il isə vəziyyət fərqli oldu. Bu barədə nə deyərdiniz?
-Bəli, seçki qanunvericiliyinin tələbinə müvafiq olaraq hər il MSK yanvar ayından əvvəllərindən başlayaraq may ayının sonunadək ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirməsini həyata keçirir. Dəqiqləşmənin keyfiyyətini qorumaq və yüksək səviyyədə həyata keçirmək şərtilə MSK bu prosesi sürətləndirdi. Artıq daimi seçicilər siyahısının tərtib olunması, dəqiqləşdirilməsi və ictimailəşməsi prosesi başa çatıb. Bildiyiniz kimi dəqiqləşmə prosesinin sonunda ölkə üzrə 5 milyon 192 min 042 nəfər vətəndaşımızın seçici qismində adı seçicilər siyahısına daxil edilib. Bütün bunların həyata keçirilməsində başlıca məqsəd vətəndaşların seçki hüquqlarının daha səmərəli qorunması və Azərbaycan seçicilərinin öz hüquqlarının reallaşma imkanlarının təmin olunmasına xidmət göstərir.
- 2013-cü ildə keçirilən Prezident seçkiləri öncəsi ilə hazırkı dövr arasında hansı fərqlər var?
-Tək prezident seçkiləri deyil, ümumiyyətlə bələdiyyə və Milli Məclisə seçkilər belə daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Aprelin 11-də keçiriləcək prezident seçkiləri də həm dünyanın, həm də yerli ictimaiyyətin diqqət mərkəzindədir. 2013-cü ildə MSK tərəfindən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hədəflənmiş çoxsaylı layihələrin demək olar ki, hamısının bu seçkilərdə tətbiq olunması və ardıcıl, keyfiyyətlə yüksək səviyyədə həyata keçirilməsini qorumaq şərti ilə reallaşdırılması nəzərdə tutulub. Ümumiyyətlə MSK hər seçkidən-seçkiyə yeni texnoloji imkanların yol verdiyi şərtlərdən istifadə etməklə yanaşı əvvəlki təcrübədə qazanılmış biliklərin daha səlis, ardıcıl və keyfiyyətli tətbiq olunmasını daha çox ön plana çəkir. Bu il də seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həm seçki qanunvericiliyində nəzərdə tutulduğu şəkildə, həm də MSK-nın geniş maarifləndirmə proqramı çərçivəsində bütün hədəf, diqqət məhz Azərbaycan vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının qorunması və təmin olunmasına yönəldilib. Məhz bu məqsədlə də ardıcıl və silsilə şəklində tədbirlər davam etdirilməkdədir.
- Bu seçkiyə beynəlxalq təşkilatların marağı hansı səviyyədədir?
-Azərbaycanda keçirilən bütün seçkilər dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən maraq obyektində olur. Artıq bu il də müxtəlif beynəlxalq qurumlar Azərbaycanda keçirilən seçkilərlə bağlı öz maraqlarının, diqqətlərinin olduğunu bəyan edirlər. Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunması, beynəlxalq və yerli müşahidəçilərin iştirakı, eyni zamanda digər aşkarlıq subyektlərinin, imkanlarının tətbiq olunması tək MSK tərəfindən atılmış addım deyil. Bilirsiniz ki, Azərbaycan dövlətinin mahiyyətində şəffaflıq var. Təbii ki, bu seçkilərə də sirayət edir. Bu baxımdan da MSK seçkiləri hazırlayıb keçirən əsas qurum kimi və aidiyyatı orqanlar tərəfindən yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması, eyni zamanda beynəlxalq müşahidəçilərin seçki prosesinə cəlb olunması seçki prosesində aşkarlığın daha yüksək səviyyədə təmin olunmasına xidmət göstərmək məqsədilə aidiyyatı qurumlar tərəfindən artıq beynəlxalq qurumlarla əməkdaşlıq davam etdirilir. Məhz bu məqsədlə bildiyiniz kimi beynəlxalq təşkilatlar adətən üç qurum tərəfindən qanunvericilikdə nəzərdə tutulduğu kimi tədbirə dəvət olunurlar. Bu Milli Məclis, Azərbaycan Xarici İşlər Nazirliyi və MSK-dır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB