Rusiya SAİ-nın direktor müavini: “Rusiya bu və ya digər ölkənin xeyrinə vəziyyəti kökündən dəyişməkdə maraqlı deyil” - MÖVQE
"Cənubi Qafqaz regionunda dondurulmuş münaqişələri həllə doğru itələyə və onları yeni səviyyəyə çıxara biləcək qeyri-standart qərarların qəbul edilməsi zəruriliyi yetişib". Bunu SİA-ya açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini Pavel Qrebennikov deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proses yalnız Azərbaycan və Ermənistan tərəfləri arasında razılaşmanın əldə olunması şəraitində getməlidir, ATƏT-in Minsk qrupunun üzvü olan bütün digər ölkələr bu prosesə yalnız yardım etməlidirlər.
Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini qeyd edib ki, Həştərxanda baş tutan Azərbaycan, Ermənistan, Rusiya dövlət başçılarının dünənki görüşü Dağlıq Qarabağ probleminin həllindəki qarşılıqlı anlaşma yolunda atılan addımlardan biri olub. Politoloq eyni zamanda hesab edir ki, rəsmi Moskva bu cür görüşləri təşkil etməklə regionda münaqişələrin həlli üçün münbit şərait yaradır.
O, həmçinin regionda status-kvonu qoruyub-saxlamağın Rusiya üçün əlverişli olması barədə yayılan fikirlərədə münasibət bildirib: "Bəzən regionda status-kvonu qoruyub-saxlamağın Rusiya üçün əlverişli olması barədə fikirlər eşitmək lazım gəlir. Rusiya status-kvonun qorunub-saxlanmasında maraqlı deyil, lakin bu və ya digər ölkənin xeyrinə vəziyyəti kökündən dəyişməkdə də maraqlı deyil".
P.Qrebennikov dövlət başçılarının dekabrın əvvəlində Astanada ATƏT sammitindəki ehtimal olunan görüşünə gəlincə: "Dekabrda Astanada baş tutacaq görüşdə konkret nəticlər əldə olunmasını gözləmək biraz real olmazdı. Fikrimcə görüşün nəticələri Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək irəliləmələr üçün nə isə istiqamət verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB