TürkPA prezident seçkilərini müşahidə edəcək

TürkPA prezident seçkilərini müşahidə edəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək. Bu barədə SİA-ya TürkPA-dan bildiriblər.

Təşkilatdan qeyd ediblər ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dörd üzv ölkədən müşahidəçilər gələcək.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə