Bakı Biznes Məktəbi işgüzar ingilis dili proqramı üzrə təlimə qəbul elan edir

Bakı Biznes Məktəbi işgüzar ingilis dili proqramı üzrə təlimə qəbul elan edir

Bakı Biznes Məktəbi (Baku Business School) Business English (işgüzar ingilis dili) proqramı üzrə təlimə qəbul elan edir. SİA-nın məlumatına görə, təlimdə ixtisaslaşdırılmış işgüzar ingilis dili bacarıqlarını təkmilləşdirmək arzusunda olan hər kəs iştirak edə bilər. Keçirilən təlimin unikallığı ondan ibarətdir ki, burada əsas məqsəd iştirakçıların danışıq dilini inkişaf etdirməkdir.

Dünyamız qloballaşma prosessini yaşamaqdadır və karyerada uğur qazanmaq üçün işgüzar ingilis dilinin oynadığı rol getdikcə böyüyür. Bu təlim ölkəmiz üçün yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək. Tədris oz sahələrində professional olan və ABŞ-da təhsil alan təlimçilər tərəfindən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə