“Uşaqlara diqqət və qayğı gələcəyimizə qayğıdır” devizi altında tədbir keçirilib
"Azərikimya" İstehsalat Birliyi və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Kimyaçı" Mədəniyyət sarayında "Uşaqlara diqqət və qayğı gələcəyimizə qayğıdır" devizi altında musiqili-əyləncəli tədbir keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sumqayıt şəhərində fəaliyyət göstərən 20, 21, 25 və 44 saylı körpələr evi - uşaq bağçalarından 65 azyaşlı uşağın qoşulduğu tədbir öz rəngarəngliyi ilə iştirakçılara xoş ovqat bəxş edib.
Mərasimdə çıxış edənlər tədbirin məqsədindən danışıb, günü uzadılan bağça və körpələr evlərində tərbiyə alan balacaların dünyagörüşünün formalaşmasında bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Uşaqların zehni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan "Azərikimya" İstehsalat Birliyinin rolu qeyd olunub, Birliyin kollektivinə minnətdarlıq bildirilib. "Kimyaçı" sarayının meydança-vestibülünə çıxan azyaşlı uşaqlar bir-birindən oynaq musiqi sədaları altında rəqs edərək, mahnılar oxuyub, şeirlər söyləyiblər. Klounların, illüziyaçıların və balaca aşıqların maraqlı çıxışları körpələr tərəfindən maraqla və alqışlarla qarşılanıb. Tədbir çərçivəsində "Azərbaycan uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi də keçirilib. Müsabiqənin qalibləri olan balaca istedadlar mükafatlara layiq görülüblər. Gələcəkdə Sumqayıtın digər körpələr evi - uşaq bağçalarının sakinləri üçün də bu cür maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB