Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov deyib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Cavad Zəriflə mart ayında Astanada görüşəcək. Hazırda tarix dəqiqləşdirilir. Görüşdə Suriya məsələsi müzakirə ediləcək”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB