“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərlərinin heç də konkret mövzusu olmur. Yəni əvvəldən planlaşdırma olmur ki, regiona bu məqsədlə gedək və fikirlərimizi söyləyək. Bu heç də belə deyil. Düşüncəm ondan ibarətdir ki, bu gün ümumiyyətlə, Qafqazın özündə həssas bir məqam var. Elə ən azından Ermənistanda və Azərbaycanda prezident seçkiləri keçiriləcək. Biz bu seçkilərə hətta Rusiya Federasiyasını da əlavə edə bilərik. Ən azından Rusiya dövləti Cənubi Qafqazda olmasa da bizim Şimal qonşumuzdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Qərbin, ümumiyyətlə isə beynəlxalq təşkilatların nümayəndələrinin bu seçki ərəfəsində səfəri nəbzi yoxlamaq xarakteri daşıyır: “Hətta bir qədərə də kobud desək siyasi kəşfiyyat xarakteri daşıyır. Ümumiyyətlə, vəziyyətin sabitliyini, stabilliyini, hansısa ölkədə qeyri-stabilliyini öyrənmək məqsədi daşıyır. Təbii ki, bu səfərlər seçkiyə, eləcə də ölkədəki digər vəziyyətlərə də hesablana bilər. Bilirsiniz ki, kənradan həmişə bacara bildikləri qədər təzyiq ediblər.
Bu yaxınlarda mən öz yazımda da qeyd etmişdim ki, cənab Prezident Qərbin və “Soros”un qorxduğu, millətlərə sığınmaq istədiyi saxta “narıncı” inqilabların qarşısını Azərbaycan sərhəddində kəsən bir şəxsdir. Əslində bu gün bir çox ölkələr cənab İlham Əliyevə borclu olmalıdır ki, hansısa qüvvələr onların ölkəsində xalqın maraqlarına zidd inqilab edə bilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB