TürkPA nümayəndə heyəti Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

TürkPA nümayəndə heyəti Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
27-29 oktyabr 2010 tarixində ATƏT və MDB PA-sı tərəfindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq konfransda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) baş katibinin rəhbərliyi altında nümayəndə heyəti iştirak edəcək. Bu barədə SİA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

AŞ PA prezidenti Mövlut Çavuşoğlunun, Rusiya Federasiyası Federasiya şurasının sədri Sergey Mironovun, Qazaxıstan Parlament Məclisinin sədri Ural Muxamedcanovun və digər ölkələrin Parlament rəhbərlərinin iştirak edəcəyi tədbirdə, TÜRKPA baş katibi qurumun fəaliyyəti və görülən işlərlə bağlı çıxış edəcək.
TÜRKPA nın ATƏT və MDB Parlament Assambleyaları ilə əməkdaşlığının yeni formaları üzərində fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə