Mehriban Abasquliyeva: “Prezident Cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir”
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında 2 Fevral Gənclər Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, partiyanın rayon təşkilatının fəal gəncləri iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyası günü-gündən gəncləşir və təşkilatın hər bir gənc üzvübu təşkilata üzv olmaqla qürur duyur. “Bu gün mən tədbirimizdə iştirak edən gənclərimizi gördükcə, onların hər birində çox gözəl əhval-ruhiyyənin olduğunu müşahidə edirəm”-deyə qeyd edən rayon təşkilatının sədri qeyd edib ki, buna əsas səbəb dövlətimizin, dövlət rəhbərliyimizin gənclərə göstərdikləri diqqət və qayğı faktorudur: “Bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir. O cümlədən, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın da bu istiqamətdəki fəaliyyəti hər bir gəncimizdə böyük ruh yüksəkliyi yaratmaqdadır. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da gənclər siyasətində göstərdiyi fəaliyyəti bizlərdə qürur hissi doğurur. Bu gün biz əminliklə deyə bilərik ki, gənclərimiz daim Onların nəzərləri altındadırlar”.
Mehriban Abasquliyeva gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını və bundan sonra daha da fəal olmaları vacibliyini deyərək, vurğulayıb ki, bəzilərindən fərqli olaraq, YAP-ın gənc fəalları sosial şəbəkələrə yalnız istirahət və əyləncə məqsədi ilə deyil, o cümlədən, Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırmaqla, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verməklə daxil olurlar və bunun uğurlu nəticələri də göz önündədir: “Düşünürəm ki, bu fəaliyyət davamlı olmalı və artırılmalıdır. Bu gün hər bir gənc özünə sual verməlidir ki, “mən Azərbaycan üçün nə edə bilərəm?”. Bəli, bizim çox gözəl gənclərimiz var ki, onlar ölkəmizi müxtəlif mühüm beynəlxalq tədbirlərdə, mədəniyyət və idman sahələrində uğurla təmsil edirlər. Biz, bunu Avroviziya mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, Dördüncü İslam Həmrəyliyi Oyunlarında və başqa kütləvi tədbilərdə müşahidə etmişik. Gənclərimizin uğurlu fəaliyyətləri nəticəsində bizim üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır”.
YAP Sabunçu rayon təşkilatının sədri partiyanın rayon təşkilatında təmsil edilən gənclərin də bir çox uğurlara imza atdıqlarını bildirərək deyib ki, bu, çox önəmli bir haldır. “Sizin hər birinizin uğurunuz, bizim uğurumuzdur”- bildirən Mehriban Abasquliyeva partiyaya üzv olmaq üçün müraciət edən gənclərə partiya biletlərini və hədiyyərləri təqdim etdi, xatirə şəkilləri çəkildi.
Mehriban Abasquliyeva gənclərə bir sıra tövsiyə və tapşırıqlarını verərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB