Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı nazirlər 29-30 yanvar tarixlərində Soçidə keçirilməsi gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər.
Qeyd edək ki, konqresdə Suriyadakı siyasi qüvvələrin bütün spektrını əhatə edən 1500-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB