“Sarkisyan qaragüruhçu siyasətini baş nazir postunda davam etdirmək arzusundadır” ŞƏRH

“Sarkisyan qaragüruhçu siyasətini baş nazir postunda davam etdirmək arzusundadır” ŞƏRH

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dayanır. Həmçinin problemin həllində beynəlxalq təşkilatların və böyük dövlətlərin Azərbaycanın hüququnu kəskin surətdə pozulduğunu etiraf etməsi durur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu ilin martın 2-də Ermənistanda keçiriləcək prezident seçkiləri isə formal xarakter daşıyır: “Yəni Ermənistanda siyasi rejim dəyişir. Prezidentli respublikadan parlamentli respublikaya keçiddir. Məqsəd isə indiki prezident Serj Sarkisyanın yenə də hakimiyyətdə qalmasıdır. Prezident sadəcə olaraq dövlət başçısı funksiyasını yerinə yetirəcək və əlində hər hansı bir səlahiyyət qalmayacaq. Sarkisyan isə özünün qaragüruhçu siyasətini baş nazir postunda davam etdirmək arzusundadır. Onlar elə fikirləşirlər ki, forma dəyişməklə ilk növbədə Ermənistanın problemləri azalacaq, rəsmi İrəvanda inkişaf başlayacaq və Dağlıq Qarabağ məsələsində işğalçı ölkənin mövqeyi möhkəmlənəcək. Əlbəttə ki, bu kökündən səhv bir yanaşmadır. Problemin həlli üçün ilk növbədə beynəlxalq hüquq normalarını əsas götürmək, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeritmək lazımdır. Bu isə Serj Sarkisyan və onun hakim komandasında yoxdur. Əlbəttə ki, belə radikallıq ilk növbədə Ermənistanın əleyhinə işləyir. Bu baxımdan Azərbaycan problemin həllini kəskin şəkildə qoyur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə