Türkiyədə 2 hərbçi yaralanıb

Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçi yaralanıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yaralıları Hatay vilayətindəki xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Zeytun budağı" əməliyyatında Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifətinin 7-8 nəfər itki verdiyi bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə