Üçüncü çağırış Milli Məclisinin iclasları başa çatdı

Üçüncü çağırış Milli Məclisinin iclasları başa çatdı
Üçüncü çağırış Milli Məclisinin iclasları yekunlaşıb. SİA-nın məlumatına görə, icılasın sonunda çıxış edən spiker Oqtay Əsədov deputatlara minnətdarlıq edərək noyabrın 7-də keçiriləcək parlament seçkisində iştirak edən, hazırda deputat olan namizədlərə uğurlar arzulayıb.

Qeyd edək ki, son iclasda 2011-ci ilin Dövlət büdcəsi haqqında qanun layihəsi təsdiqlənib, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclisin IV Çağırış iclası 7 noyabr Parlament seçkilərindən sonra yeni heyətlə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə