Türkiyə Ordusu daha bir məntəqəni terrorçulardan azad edib

Türkiyə Ordusu daha bir məntəqəni terrorçulardan azad edib

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin şəhəri yaxınlığında daha bir yaşayış məntəqəsini terrorçulardan geri alıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə qoşunları Hamam kəndini YPG və PYD terrorçularından təmizləyib. Bir müddət əvvəl isə Türkiyə hərbçilərinin Burseya strateji yüksəkliyini nəzarətə götürdüyü məlumat verilmişdi.

Türkiyə SQ-nin Afrində əməliyyatlara başladığı müddətdən 12 yaşayış məntəqəsi YPG və PYD-dən azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə