Prezident İlham Əliyev Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olundu. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edildi. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB