- Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olub (e.ə.202)
- Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olub (362)
- Osmanlı ordusu Macarıstanın Kanije qalasını fəth edib (1600)
- The College of New Jersey (indiki adi ilə Prinston Universiteti) qurulub (1746)
- Türk (azərbaycanlı) soylu İran şahı Nadir şah Əfşar anadan olub (1688)
- Nyu-York şəhərində yerləşən Metropolitan Operası "Faust" operasının premyarası ilə açılıb (1883)
- Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib (1917)
- Böyük yazıçı və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavid anadan olub (1919)
- Amerikalı mafiya lideri Al Kapon (Al Capone) vergi qaçaqçılığı səbəbi ilə 11 il həbs cəzası alıb (1931)
- SSRİ-də marşal rütbəsi təsis edilib (1935)
- Amerikan mühəndis Çarlston surətçıxarma aparatını icad edib (1938)
- Los Fransadan müstəqilliyini elan edib (1953)
- Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanıb (1960)
- Amerika Birləşmiş Ştatları prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlığları olduğunu açıqlayıb və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif edib (1962)
- Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış amma mükafatı geri qaytarıb (1964)
- Roma papası Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv edib (1980)
- Amerikada ilk Rembo filmi ekranlara çıxıb (1982)
- Qərbi Almaniya ve Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhdarları protesto nümayişi keçirib (1983)
- Qırğızıstanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunub (1990)
- Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurub (1996)
- Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Cənubi Qafqazla bağlı qəbul etdiyi qərarda Azərbaycanı Ermənistanla iqtisadi əməkdaşlığa çağırıb (1999)
- Taliban hərəkatı Əfqanıstanda axşamlar idmanla məşğul olmağı qadağan edib (2000)
- Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus "Merkuri-2" gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb (2002)
- Alman pilot Mixael Şumaxer karyerasına son qoyub (2006)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB