ADU-da “Regional təhlükəsizlik məramları-münaqişələr və post-münaqişələr” mövzusunda müzakirə keçiriləcək

ADU-da “Regional təhlükəsizlik məramları-münaqişələr və post-münaqişələr” mövzusunda müzakirə keçiriləcək

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) "Cənubi Qafqaz dəyişən dünyada" simpoziumu çərçivəsində "Regional təhlükəsizlik məramları-münaqişələr və post-münaqişələr" mövzusunda müzakirə keçiriləcək.

Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Ukrayna, Polşa, Almaniyadan tanınmış alim və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin qatılacağı tədbir ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) baş tutacaq. İki gün davam edəcək simpoziumun əsas təşkilatçılarından biri olan Azərbaycan Dillər Universitetində də dəyərli elmi müzakirələr aparılacaq və ADU bölmələrdən birinə ev sahibliyi edəcək.

Xatırladaq ki, oktyabrın 22-23-də Azərbaycan Respublikasının Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Konfliktlər və Dövlət quruculuğu üzrə London İnformasiya Şəbəkəsi, Alman Texniki Əməkdaşlıq Cəmiyyəti, "İrəli" ictimai birliyinin Elmi Araşdırma Mərkəzi və digər müəssisələrin təşəbbüsü və təşkilatçılığı ilə "Cənubi Qafqaz dəyişən dünyada" adlı simpozium keçiriləcək.

"Regional təhlükəsizlik məramları – münaqişələr və post-münaqişələr" mövzusunda müzakirələr Azərbaycan Dillər Universitetində (ADU) olacaq. Eyni zamanda tədbirdə Türkiyə, Malayziya, Böyük Britaniya, İran, Pakistan, Rusiya, ABŞ, Serbiya, Gürcüstan, Hollandiya və başqa ölkələrin alim və professorları də iştirak edəcəklər.

Simpozium Regional miqyasda qlobal problemlər, Regional təhlükəsizlik problemləri, Cənubi Qafqazda yaranan iqtisadi meyllər, Cənubi Qafqazda din və bərabərlik, Cənubi Qafqazda xarici siyasət və digər səpkidə olan mövzuları əhatə edəcək. Simpoziuma 12-dən çox ölkədən alimlər qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə