Məmmədyarov Nalbadyan görüşü öncəsi erməniləri narahat edən əsas məqamlar nədir?
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ikinci yarısına planlaşdırılan görüşünün reallaşacağı gözlənilir. Dekabr ayında keçirilən danışıqlardan sonra yenidən bir araya gəlinəcəyi ilə bağlı anons verilmişdi. Hələlik görüşün konkret tarixi və məkanı tam bilinmir. Bilinən odur ki, Məmmədyarovla Nalbadyan bu ay Qarabağ konfiliktini diplomatiya yolu ilə çözülməsi üçün müzakirə aparacaqlar. Masada olan təkliflər açıqlanmasa da qeyri-rəsmi məlumatlara görə, Məmmdəyarov və Nalbadyanın Vyana və Sank-Peterburqda təklif olunan razılaşmalar ətrafında müzakirələr aparacağı gözlənilir.
Artıq indidən yanvar diplomatiyası bəzi erməni siyasi dairələrində narahatlıqla müşahidə olunmaqdadır. Ermənistan tərəfinin əsas narazı salan səbəblərdən biri qondarma rejimin danışıqlara cəlb edilməməsidir. Ermənistan mətbuatı açıq bildirir ki, Serj Sarkisyan və Edvard Nalbadyan başda olmaqa separatçı rejimin danışıqlara cəlb olunması ilə bağlı israrları nəticə vermədi. Yeri gəlmişkən, işğalçı tərəfin bu məkirli planına ATƏT-in Minsk üçlüyünün səssiz qalması da rəsmi Bakının diqqətindən yayınmadı.
Digər vacib məqam təmas xəttində gərginliyin azaldılması və ya üçüncü qüvvənin sülhməramlı adı altına bölgəyə yerləşdirilməsidir. Azərbaycan bu məsələyə də daha öncəki müzakirələrdə qətiyyən qarşı çıxdı və yanvar görüşündə qeyd olunan təkliflərin yenidən səslənməsi ilə bağlı ehtimallar çox azdır. Qısası İrəvan Bakının şərtləri ilə tanışdı. Üstəlik Azərbaycan tərəfinin imitasiya xatirinə danışıqların əleyhinə olduğunu da yaxşı dərk edir. Hər bir halda nazirlərin yanvar ayındakı müzakirələri bölgədəki vəziyyətin gələcək talehinə bir başa təsir edəcək. İşğalçı rejimin növbəti qeyri-konstruktiv yanaşması mümkün müharibəni qaçılmaz edə bilər. Mövcud siyasi vəziyyətdə Ermənistandakı iğalçı rejimin hərbi müdaxiləni önləməkdən başqa alternativi qalmayıb. Sarkisyan rejimi üçün ikinci Dağlıq Qarabağ müharibəsi hakimiyyətin itirilməsi deməkdir. Ölkənin iqtisadi durumu, sadə ermənilərin hakimiyyətdən bezməsi kimi bir çox faktlar Sarkisyanı müharibədən çəkindirən başlıca səbəblərdir. Danışıqların mümkün nəticəsinə gəlincə: Bakıya şərt irəli sürmək gedişi özünü doğrultmadığından Azərbaycan üçün yeganə sülh planı işğalda olan ərazilərin ən azından müəyyən hissəsinin qaytarılmasından keçir. Bakıdan səslənən açıqlamalarda göstərir ki, Azərbaycanda digər sülh variantı qəbul edilmir.
Bu arada Nalbadyan Məmmədyarov görüşü öncəsi Rusiyadan da “xəbər” gəlib. Bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Serqey Lavrov 2017-ci ilin yekunları ilə bağlı hesabat çıxışı zamanı Qarabağ münaqişəsinə toxunub. Konfiliktin həllində tərəflərin qəbul edəcəkləri istənilən razılaşmanın məqbul hesab ediləcəyini bildirib. Əslində görüş ərəfəsi belə bəyanatlar başa düşüləndi və Serqey Lavrovun oxşar fikirləri ilk dəfə deyil. Rəsmi Kreml istəsə də, istəməsə də bölgədə öz təsir gücünü artırmaq üçün Bakı ilə sıx münasibətlər qurmağa məcburdur. Rusiya ilə Azərbaycan münasibətlərində tək bir soyuqluq var. O, da Moskvanın Qarabağ məsələsinə hələ ki, qeyri-obyektiv baxışıdır.
İ.Məmmədov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB