“Azərbaycan sabitliyin tərəfdarıdır” MÖVQE

“Azərbaycan sabitliyin tərəfdarıdır” MÖVQE

"Cənab Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetinin iclasında sabitliklə bağlı söylədikləri Azərbaycan gerçəkliyini əks etdirir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, ölkəmizdə təbii sabitlik hökm sürür: "Sabitliyə tərəfdar olmaq millətimizin təbiətindən, psixologiyasından doğur. Sabitliyin mənbəyi millətimiz, millətimiz və cənab Prezident, iqtidar arasında olan sıx bağlılıqdır. Vətəndaşlar yaxşı düşürlər ki, sabitlik olmasa, nəinki inkişaf olmaz, eyni zamanda təhlükəsiz şəraitdə yaşaya bilməzlər. Digər tərəfdən, Azərbaycan əhalisi sabitsizliyi ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində görüb, acı nəticələrini həyatında əyani olaraq yaşayıb. Bu gün Yaxın, Orta Şərqdə baş verən sabitsiziyin hansı fəlakətlərə gətirdiyini də hamı görür. Ona görə də Azərbaycan milləti sabitliyin tərəfdarıdır, qarışıqlığa, xaosa qarşı çıxır. Eyni zamanda millətmizin cənab Prezidentimizin millətimizin daha rahat yaşaması üçün bərabər imkanlar yaradılmasına yönəldilmiş siyasətini görür və onu müdafiə edir".

Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə