Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və yeni il münasibətilə təbrik edib və 2018-ci ilin Azərbaycana və bütün Türk dünyasına sabitlik, uğur və əmin-amanlıq gətirməsini arzulayıb. Baş katib 2018-ci ildə TÜRKPA tərəfindən həyata keçiriləcək bütün fəaliyyətlərin, başda Azərbaycan olmaqla Türk dilli ölkələrin ortaq əməkdaşlığına daha çox töhfə verəcəyini və gələcək üçün daha böyük nailiyyətlərə imza atılacağını qeyd edib.
Xatırladaq ki, 8 dekabr 2017-ci tarixində Bişkekdə keçirilən Türkdilli ölkələrin Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında Altınbek Mamayusupov TÜRKPA-nın yeni Baş katibi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB