“İpək Yolu-2010” avtokarvanı Bakıdan Naxçıvana yola düşüb

“İpək Yolu-2010” avtokarvanı Bakıdan Naxçıvana yola düşüb

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iştirak etdiyi "İpək Yolu-2010" avtokarvanı oktyabrın 18-də Bakıdan keçib. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, Pakistan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Türkiyə, İran və Qazaxıstanın təmsil olunduğu avtomobil karvanı sentyabrın 22-də Pakistandan start götürərək oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günündə Bakıya çatıb.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda keçirilən tədbirdə Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov, "Avtonəqliyyatservis" departamentinin sədri Çingiz Baxışov, İƏT baş katibinin müavini Altaf Askar, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndəsi Adrian Albu və başqaları çıxış ediblər.

Buradan Naxçıvan Muxtar Respublikasına səfər edəcək aksiya iştirakçıları daha sonra İrana və Türkiyəyə gedəcəklər. Aksiya oktyabrın 24-də İstanbulda başa çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə