“Mənim Qarabağım” Vaşinqtonda sərgilənib

“Mənim Qarabağım” Vaşinqtonda sərgilənib

Oktyabrın 18-də ABŞ-da fəaliyyət göstərən "Qarabağ" Fondu Vaşinqton şəhərinin ən nüfuzlu sərgi salonu sayılan "Gallery Center"də "Mənim Qarabağım" adlı foto sərgi keçirib. Fondan SİA-ya verilən məlumata görə, sərgidə Qarabağın qədim memarlığını, əsrarəngiz təbiətini və tanınmış şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən 100-ə yaxın fotoşəkil sərgilənib. Bu sərgidə Vaşinqton şəhərinin tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçiləri və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, "Qarabağ" Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün "Qarabağ" Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə