İsrail XİN-i Azərbaycana gələn vətəndaşlarını viza məsələsi ilə bağlı xəbərdar edib
Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunda edilən dəyişikliklərlə bağlı İsrail Xarici İşlər Nazirliyi öz vətəndaşlarını məlumatlandırıb. İsrailin Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, İsrail xarici siyasət idarəsi ölkə vətəndaşlarına bildirib ki, Bakı aeroportunda xarici vətəndaşlara viza verilməsi ləğv olunub.
Məlumatda bildirilir ki, İsrail vətəndaşı Bakıya vizasız gələrsə, geri qaytarılacaq. İsrail XİN vətəndaşlarına tövsiyə edib ki, Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi olmadığı üçün bu ölkəyə getmək istəyənlər Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin konsulluq şöbələrinə müraciət etsinlər.
Qeyd edək ki, Azərbaycanın İsrailə ən yaxın səfirliyi İordaniyanın paytaxtı Əmmanda yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə