"Avropalı müttəfiqlərimizin də İran raketlərinin onlara yönəltdiyi açıq təhdidin fərqində olduğunu düşünürəm"
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli ölkəsinin Avropada qurmağı planlaşdırdığı raket-müdafiə sistemləri ilə bağlı Türkiyə ilə müzakirə apardıqlarını söyləyib.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Krouli bu gün keçirdiyi birfinqdə jurnalistlərin sualına cavab olaraq "NATO ilə əməkdaşlıq içərisində Avropaya raket- müdafiə sistemi qurulması planları ilə bağlı Türkiyə ilə müzakirələrimiz olub. Dünən də NATO xarici işlər və müdafiə nazirləri toplantısında türkiyəli rəsmilərlə bir araya gəldik" deyib.
ABŞ hökumətinin "mərhələli tətbiq oluna bilən yanaşma" modelinin təməlində İrandan yüksələn raket təhdidlərinə qarşı mübarizə məqsədinin dayandığını bildirən Krouli "avropalı müttəfiqlərimizin də İran raketlərinin onlara yönəltdiyi açıq təhdidin fərqində olduğunu düşünürəm" deyə əlavə edib.
Qeyd edək ki, Türkiyə ABŞ-ın təklifinə məsafəli yanaşır və layihənin hələlik dəyərləndirmə mərhələsində olduğunu bildirir.
Bəzi Avropa ölkələri də bu məsələdə eyni düşüncədədirlər.
Fransa müdaifə naziri Herve Moren "Rusiyanın iştirakı olmadan təhlükəsizlik və sülh atmosferi təmin edilə bilməz" deyib. O, raket -müdafiə sistemi məsələsini Moskva ilə müzakirə etmənin şərt olduğunu bildirib.
Yunanıstan isə başqa bir arqumentlə raket - müdafiə sistemlərinə qarşı çıxır. Xarici işlər naziri Dmitris Druças "Bu layihə ilə Türkiyə öhdəliklərini yerinə yetirmədən, NATO üzərindən Avropa Birliyinin müdaifəsində söz sahibi olacaq" deyib.
Almaniya Müdaifə Nazirliyi isə raket - müdafiə sisteminin qurulmasını prinsipcə dəstəkləsə də maliyyə baxımından konkretlik tələb edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB