Parlament seçkilərində indiyədək 712 nəfərin namizədliyi qeydə alınıb
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə indiyədək 125 seçki dairəsi üzrə 712 nəfərin namizədliyi qeydə alınıb. SİA-nın məlumatına görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. M.Pənahov 332 nəfərin namizədliyinin qeydə alınmasından imtina edildiyini bildirib.
Namizədliyindən öz ərizəsi ilə imtina edənlərin sayının isə 71 olduğunu deyən MSK sədri Yeni Azərbaycan Partiyasından 111, "AXCP-Müsavat" blokundan 35, "Qarabağ" blokundan 32, "İslahat" blokundan 31, Klassik Xalq Cəbhəsi Partiyasından 30, Azərbaycan Milli İstiqlal Partiyasından 21, Demokratik Azərbaycan Dünyası Partiyasından 20, "İnsan Naminə" blokundan 19, "Demokratiya" blokundan 17, Ana Vətən Partiyasından 7, Müasir Musavat Partiyasından 7 namizədin qeydə alındığını söyləyib. M.Pənahov partiyalılığı göstərilən namizədlərin ümumilikdə 33 partiyaya məxsus olduğunu diqqətə çatdırıb.
MSK sədri indiyə kimi 296 beynəlxalq müşahidəçinin qeydə alındığını qeyd edib. O, bu günə kimi bütün ölkə ərazisində seçkiləri müşahidə etmək üçün 1325 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. 9236 nəfər isə konkret seçki dairələrində müşahidə aparmaq üçün müraciət edib. Onlardan 2613-ü öz təşəbbüsü, 5308-ü isə siyasi partiya və partiya blokları tərəfindən irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB