Azərbaycan Prezidenti Rusiyanın Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul edib.
SİA-nın məlumatına görə, görüşdə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara toxunulmuş, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılıb. Azərbaycanda mütəmadi olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyi bildirilmiş, ölkəmizin bu sahədə əldə etdiyi uğurların əhəmiyyəti vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB