“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı

“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı

Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən "QHT Məktəbi" qış təlimlərinə qəbul elan edib. SİA-nın məlumatına görə, 2002-ci ildə Mərkəz tərəfindən yaradılmış "QHT Məktəbi"nin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.

Bu günədək 830 nəfərin məzun olduğu "QHT Məktəbi"nin növbəti təlim proqramında iştirak etmək niyyətində olanlar bu gündən başlayaraq, cari ilin 12 noyabrına qədər qeydiyyatdan keçə bilərlər.

Təlim proqramında iştirakçılara aşağıdakı mövzular tədris ediləcək:

- QHT fəlsəfəsi

- QHT-nin yaradılması və qeydiyyatı

- QHT idarətməsi və strukturun inkişafı

- QHT-də ictimaiyyətlə əlaqələrin qurulması (PR)

- QHT-də beynəlxalq əlaqələrin qurulması

- Layihə təkliflərinin hazırlanması -

Maliyyə axtarışı

- Layihələrin proqram və maliyyə idarəetməsi

- Monitorinq və qiymətləndirmə

- QHT-lərdə kargüzarlıq işinin təşkili

Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçiriləcək "QHT Məktəbi"nin qış təlimləri 2 ay davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə