Elçin Mirzəbəyli: “Ayağımızı yorğanımıza görə, uzadacayıq” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Ayağımızı yorğanımıza görə, uzadacayıq” - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə, uzadacayıq". SİA-ya açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli "İslahat Bloku" siyasi partiyalar blokunun pulsuz efir vaxtı əldə edə bilməməsi ehtimalına münasibət bildirərkən deyib.

 

O, malik olduğu imkanlarına görə, təbliğatı quracaqlarını bildirib: "Bunu bir reallıq kimi qəbul etməliyik. İmkanlarımız nəyə çatırsa, təbliğatımızı da ona uyğun aparacayıq". E.Mirzəbəyli son məlumata görə, blokun 18 namizədinin qeydə alındığını diqqətə çatdırıb. Xatırladaq ki, Elçin Mirzəbəylinin özü namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən sürsə də, namizədliyi qeydə alınmayıb.

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə, parlament seçkilərində iştirak edəcək namizədlərinin sayı 60-dan çox olan partiya və partiya blokları pulsuz təbliğat-təşviqat hüququnu əldə edirlər. Pulsuz təbliğat üçün həmin partiya və partiya bloklara İctimai Televiziyada və bir neçə dövlət büdcəsindən maliyyələşən qəzetlərdə imkan yaradılması nəzərdə tutulur. Qeydə alınan namizədlərin sayı ilə bağlı hazırkı vəziyyətə diqqət yetirdikdə Yeni Azərbaycan Partiyasından başqa seçkiyə qatılan digər siyasi qüvvələrin pulsuz təbliğatdan istifadə etmə ehtimalı azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə