Namizədliyi qeydə alınmayan AMİP-çilər MSK-ya müraciət ediblər

Namizədliyi qeydə alınmayan AMİP-çilər MSK-ya müraciət ediblər

Məlum olduğu kimi, AMİP bu il noyabrda keçiriləcək parlament seçkilərində iştirak barədə qərar verib. Partiya 70 dairə üzrə namizəd irəli sürsə də, məlum səbəblərdən onlardan 20 nəfərin namizədliyini geri çəkmiş, 6 namizəd isə imzaları müvafiq Dairə Seçki Komissiyalarına təhvil verməyib.

Partiyadan SİA-ya verilən məlumata görə, seçki prosesinin ilkin mərhələsində 44 namizəd imzalarını toplayaraq Dairə Seçki Komissiyalarına təqdim ediblər. Lakin onlardan 12 nəfərinin qeydə alınmasından imtina olunub.

9 saylı Binəqədi İkinci, 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü, 19 saylı Nərimanov Birinci, 25 saylı Nizami İkinci, 33 saylı Xətai Birinci, 34 saylı Xətai İkinci, 39 saylı Kəpəz Birinci (Gəncə), 42 saylı Sumqayıt İkinci, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz, 56 saylı Xaçmaz kənd, 97 saylı Goranboy-Ağdam-Tərtər və 108 saylı Ağstafa Seçki Dairələri üzrə irəli sürülən AMİP namizədləri mübarizəni davam etdirmək imkanı qazanıblar. 16 namizəd haqqında hələlik heç bir qərar verilməyib.

Namizədliyinin qeydə alınmasından imtina olunmuş namizədlər tərəfindən Dairə Seçki Komissiyalarının qərarlarından Mərkəzi Seçki Komissiyasına müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə