"Artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək lazımdır". SİA-nın xəbərinə görə, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deyib.
O Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmağın vacib olduğunu vurğulayıb: "Bakı ətrafında dəhşətli "gecəqondu" strukturu yaranıb. Ümumiyyətlə, Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür. Vətəndaşlar bu "gecəqondular"ın özəlləşdirməsinə imkan yaratmalıdır. Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.
F.Mustafanın sözlərinə görə, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: “Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”.
Deputat həmçinin xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB