İndiyə qədər 125 seçki dairəsi üzrə 1438 nəfərin namizədliyi təsdiq edilib. SİA-nın məlumatına görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Namizədliyi təsdiqlənən şəxslərdən 1411 nəfərin dairə seçki komissiyalarından imza vərəqələri götürdüyünü deyən Komissiya sədri onlardan 490 nəfərin namizədliyinin qeydə alındığını bildirib. M.Pənahov qeyd edib ki, qeydə alınan namizədləri ümumilikdə 13 siyasi partiya və siyasi partiyalar bloku, yaxud da 28 partiya tərəfindən namizədliyi irəli sürülənlərdir.
Müşahidəçilərin qeydiyyatının da davam etdiyini söyləyən M.Pənahov ölkə üzrə seçkini müşahidə etmək üçün MSK-ya 1083 müraciətin daxil olduğunu və bütün müraciətlərin müsbət cavablandırıldığını qeyd edib. Konkret seçki dairələrində müşahidə aparmaq üçün qeydiyyatdan keçənlərin sayı isə 4712 nəfərdir. Konkret seçki dairələrində müşahidə aparmaq istəyənlərin 1163 nəfəri öz təşəbbüsü ilə müraciət edib, 2966-ı isə siyasi partiya və seçki blokları tərəfindən irəli sürülüb.
MSK sədri 48 beynəlxalq müşahidəçinin qeydə alındığını və onların 24 ölkəni təmsil etdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB