"Ümid edirik ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşündə konstruktiv atmosfer qorunacaq"

"Ümid edirik ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşündə konstruktiv atmosfer qorunacaq"

“Ümid edirik ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşündə iki ölkə prezidentlərinin Cenevrədəki görüşündə qurulan konstruktiv atmosfer qorunacaq” SİA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun ilin sonunadək keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanatına cavab olaraq RF-nin ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Onun sözlərinə görə, uzun müddətli fasilədən sonra prezidentlərin yenidən görüşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakı və İrəvanda danışıqların davam etdirilməsi ilə bağlı vasitəçilik səylərinin mühüm nəticəsidir: “Nəticə etibarı ilə tərəflər arasında danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı razılıq əldə olunub. Əminik ki, bu, tərəflər arasında inamı daha da artıracaq və nəticə etibarı ilə həll prosesinin əsas aspektləri üzrə kompromisə imkan yaradacaq. Ümid edirik ki, prezidentlərin Cenevrədə görüşündə qurulan konstruktiv atmosfer qorunacaq. Həmsədrlər tərəfindən ilin sonunadək planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün effektivliyinə inanırıq”.

Lukaşeviç qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupu həmsədrlər ölkələrinin digər üzvləri koordinasiyalı şəkildə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tərəflərin razılıq əldə etməsi üçün onlara yardımını davam etməyə hazırdır: “Əminəm ki, həmsədrlərin qarşıdakı təmasları bu uzunmüddətli münaqişənin sülh yolu ilə həllinə əlavə bir təkan verəcək”.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının əsas məqsədini regionda sülh və sabitliyin qorunması təşkil edir: “Bu baxımdan tərəflərin təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlər görmək öhdəliyini yüksək qiymətləndiririk".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə