Ermənistanın ali məktəb tələbləri hakimiyyətin ali təhsil alanların hərbi xidmətlərini təxirə salmaq hüququndan məhrum edilməsi ilə bağlı daha öncə qəbul edilmiş qanunun ləğv edilməsinə görə kütləvi etirazlarını davam edirlər. SİA “1in.am” saytına istinadən xəbər verir ki, tələbələr İrəvan dövlət universitetinin qarşısına yığışaraq, hakimiyyətdən həmin qanunun bərpa olunmasını tələb etməkdədirlər.
Qeyd edək ki, etiraz edən tələbələrə müəllim heyəti də qoşulub. İrəvan dövlət universitetinin riyaziyyat müəllimi Saqatelyan jurnalistlərlə söhbətində bildirib ki, o hakimiyyətin qəbul etdiyi qərara tələbələri ilə birgə etiraz etmək qərarına gəlib. Onun sözlərinə görə, tələbələri hərbi xidmətə göndərməkdənsə, yaxşı olardı polisləri ordu sıralarına göndərərdilər. “Baxın-görün onlar nə qədərdirlər, onları tələbələrin üzərinə göndərməkdənsə, orduya göndərsəydilər bəlkə də hakimiyyətə xidmətdə bir səmərəsi olardı”-deyə tələbələrinə dəstək göstərən müəllim bildirib.
Videoya aşağıdakı linkdə baxa bilərsiniz:
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB