İndiyə kimi 125 seçki dairəsi üzrə 1411 nəfərin namizədliyi təsdiq edilib. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
M.Pənahov namizədliyini verən şəxslərdən 1369 nəfərin dairə seçki komissiyalarından imza vərəqələri götürdüyünü deyib. O, qeyd edib ki, 722 nəfər imza vərəqələrini geri qaytarıb. Namizədliyi qeydə alınanların sayı isə 392 nəfərdir.
Seçkiləri müşahidə aparmaq istəyənlərini qeydiyyatının da davam etdiyini söyləyən MSK sədri indiyə kimi bütün ölkə ərazisində 973 nəfərin seçkiləri müşahidə aparmaq üçün müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını qeyd edib. M.Pənahov konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 3285 nəfərin qeydə alındığını diqqətə çatdırıb. MSK sədri qeyd edib ki, onların 847-i müşahidəçi olaraq qeydə alınmaq üçün öz təşəbbüsü ilə, 2088 nəfərinin qeydiyyatı üçün isə siyasi partiyalar və siyasi bloklar tərəfindən müraciət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB