İraqda azərbaycanlı qadın və uşaqların siyahısı dəqiqləşdirilir

İraqda azərbaycanlı qadın və uşaqların siyahısı dəqiqləşdirilir

İraqdakı azərbaycanlı qadın və uşaqlarla bağlı məsələ ilə Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur. SİA-nın xəbərinə görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olması və gələcək taleləri müzakirə olunacaq: " Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə götürüb harasa getmək olmaz. İlk növbədə hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən çox azərbaycanlı qadın və uşaq var. Bu ay ərzində siyahı tam dəqiqləşdiriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə