Ermənistan intihar etmiş erməni kəşfiyyatçının meyidinin qaytarılması ilə bağlı hələ BQXK-ya rəsmi müraciət etməyib
Ermənistan hələ intihar etmiş erməni kəşfiyyatçının meyidinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi müraciət etməyib. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, artıq Beynəlxalq Qızıl Xaç Komitəsi erməni əsirin ölüm xəbərini onun ailəsinə çatdırıb.
"Şəhid olan gizir Mübariz İbrahimovun cəsədi intihar etmiş erməni kəşfiyyatçının meyidi ilə dəyişdirlməsi baş tuta bilərmi" sualına cavabında İlahə Hüseynova qeyd edib ki, təmsil etdiyi qurum əsirlərin meyitinin qaytarılması üçün tərəflərə vasitəçilik təklif edə bilər: "Meyitlərin qaytarılması tərəflərin razılığı əsasında baş tuta bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi yalnız vasitəçilik təklif edə bilər"- deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB