Millət vəkili hesabat yığıncağında iştirak etdi

Millət vəkili hesabat yığıncağında iştirak etdi

17 oktyabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, iclasda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Xəzər Rayon İnkişaf Fondunun sədri Elmar Mədətov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühavizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Gülağa İslamov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək, hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulayaraq 9 ay ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmək üçün sözü RİH Başçısının müavini Arif Balayevə verib.

Daha sonra Xəzər Enerji Təchizatı və satışı idarəsinin rəisi Arif Məmmədov, Xəzər rayon Telefon Qovşağının rəisi Eyyub İsmayılov, Müharibə Əlilləri Pansionatının direktoru Pərvanə Hacıyeva məruzə ətrafında cıxış edərək cari ilin 9 ayı ərzində rəhbərlik etdikləri kollektivlərin gördükləri işlərdən və qarşıda duran vəzifələrdən danişıblar.

Millət vəkili Rauf Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi sayəsində bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirilidiyini bildirərək, həmişə olduğu kimi 9 ay ərzində yenidənqurma işlərinin Xəzər rayonunda da uğurla həyata keçirildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə