TQDK abituriyentlərə kömək məqsədilə yeni layihə həyata keçirəcək - AÇIQLAMA

TQDK abituriyentlərə kömək məqsədilə yeni layihə həyata keçirəcək - AÇIQLAMA
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə kömək məqsədilə daha bir layihəni həyata keçirəcək. Bu barədə SİA-ya TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, ilk test bankı komissiya tərəfindən 2000-ci ildə hazırlanıb. Həmin vaxtdan 10 il keçdiyini deyən M.Abbaszadə vurğulayıb ki, bu zaman ərzində test bankı zəngilləşib və dəyişib. Onun sözlərinə görə, 2000-ci ildə çap olunaraq istifadəyə verilən suallar hazırda imtahana hazırlaşma mərhələsində kömək göstərə bilər, amma o suallar imtahanlarda istifadə olunmur.

"Test bankının yaradılması ilə bağlı yeni bir layihə həyata keçirəcəyik. İndiyə qədər test imtahanlarında istifadə olunan testlər bankının açıq hissəsini birgə toplayıb nəşr kimi buracağıq. Bankın qapalı hissəsini isə yəni, imtahanda istifadə olunmayan sualları çap etməyəcəyik. Çünki bankın açıq hissəsində qapalı hissədə olan analoji testlər də var. Bu layihəni də bu tədris ilində həyata keçirməyi nəzərdə tutmuşuq. Bu kifayət qədər vaxt tələb edəcək. Ola bilsin ki, mart-aprel ayına qədər çatdırdıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə